İcra başçısının başı pambığa qarışıb- ŞƏHİD ATASI

Sabirabad rayonun mərkəzi küçəsinə aprel döyüşlərində şəhid olmuş Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenant Murad Mirzəyevin adının verilməsi prosesi gecikir.
Bu haqda Sherg.az-a şəhidin atası Telman Mirzəyev bildirib. 
Onun sözlərinə görə məsələ barədə Sabirabadın icra başçısı ilə söhbətlər aparılıb:
 "Rayonun orta məktəb, mərkəzi küçəsi və peşə məktəbinin oğlum Muradın adını daşıması nəzərdə tutulub. Qərarın verilməsi ilə əlaqədar Sabirabad rayon icra başçısı ilə növbəti dəfə görüş keçirilməli idi. Lakin başçının pambıq məsələlərinə başı qarışdığından hələlik görüşümüz baş tutmayıb. İcra başçısının dəqiq qərar verilməsini gözləyirik”.
T. Mirzəyev onu da əlavə edib ki, şəhidin azyaşlı övladı hələ də onun ölümündən xəbərsizdir: 
"Oğluna atasının rəhmətə getdiyini deyə bilməmişik. Ailəsinə dövlətdən yardım ayrılıb, kənddə yaşadığı evlərinin təmir olunacağı deyilib. Ümumilikdə, ailəmizə göstərilən dövlət qayğısından razıyıq".
Ayyət