İdo Tatlısəs "Ata məni eşidirsənsə sağ ayağını oynat" dedi


Süni tənəfüz aparatına bağlı olmadan nəfəs alıb verməyə başlayan İbrahim Tatlısəsin sağlamlıq vəziyyətində bir əhəmiyyətli inkişaf  yaşandı…
Tatlısəsin qarınının şişdiyi öyrənildi. Ancaq bunun xəstəxana mikrobundan  olduğu və sağlamlıq vəziyyətinin yaxşıya dəyişdiyi  açıqlandı.
Sənətçi oyandırıldı və aparata bağlı olmadan nəfəs alıb verməyə başladı. Əvvəlki gün xəstəxana otağına atasının yanına gedən İdo Tatlısəs "Ata məni eşidirsənsə sağ ayağını oynat" dedi. İmperator çağırışa cavab verdi və ayağını oynatdı.
Ayrıldığı həyat yoldaşı və qızı Əlifin  anası Ayşegül Ulduz, Tatlısəsin  "İbo Show" proqramında söylədiyi ən sevdiyi mahnıları sənətçiyə dinlədir. Oğulu İdonun anası Dərya Tuna, Tatlısəsə  reabilitasiya  müddətində dəstək olmaq üçün Mayamidə ev tutacaq. Tunanın ev axtarışları davam edir.