İki erməni hərbçi ölüb, ikisi yaralanıb

İşğal altında olan Azərbaycan ərazisində avtomobil dərəyə aşıb



Azərbaycanın erməni işğalı altında olan ərazisində içərisində hərbçilər olan avtomobil qəzaya uğrayıb.
APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, "VAZ 2106” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə avtomobilin sürücüsü və bir sərnişini ölüb, avtomobildə olan daha iki nəfər isə xəsarət alıb.
Ölən və yaralananların hamısı zabitdir.