İkisi uşaq olmaqla dörd nəfər yanaraq öldü




Rusiyanın Xakasiya Respublikasında yaşayış evində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti"-yə Rusiya FHN-in Regional İdarəsindən bildirilib.
Yanğın Askiz rayonunun Balıksa kəndində ötən axşam baş verib. Yanğın söndürüldükdən sonra dağıntılar altında 4 nəfərin meyiti aşkar edilib. Ölənlərdən ikisi uşaqdır.

Hadisənin baş vermə səbəbi araşdırılır.