Hacı Atif: “Fazil bəyin həmişə dindarlara atdığı replikanın arxasında hansı məqsədin olduğunu bilmirəm”
Millət vəkili Fazil Mustafa siqaret çəkən dindarları qınayıb. Deputat din xadimlərinin siqaret çəkməsini başa düşməkdə çətinlik çəkdiyini bildirib.
"İmandan danışa-danışa bir növ uyuşdurucu sayılan siqaretə baş vurmaq imanın zəifliyinin birinci şərtidir. Bu məsələnin qarşısının alınması, siqaretdən istifadənin məhdudlaşdırılması yalnız qanunlarla, cərimələrlə də mümkün deyil”.
Yalnız qanunlarla, cəriməllərlə bu iş yürüməz”.
Deputatın fikirləri ilə bağlı "Sherg.az”-a danışan ilahiyyatçı Hacı Atif İsmayılov bildirib ki, siqaret çəkilməsi şəriət və dini baxımından haram olmadığı üçün onu dindarlar istifadə edə bilər:
"Lakin dindar təbəqə örnək sayıldığı üçün, siqaretdən ictimai yerlərdə qabardılmış şəkildə istifadə əxlaqa, etikaya uyun olmadığına görə, dindarların ondan istifadəsi məqsədəuyğun deyil. Fazil bəyin həmişə dindarlara atdığı replikanın arxasında hansı məqsədin olduğunu bilmirəm. Əgər deputat tütün məmulatlarından istifadəni yalnız dindarlar yox, qeyri-dindarlara da tövsiyyə etmirsə, bu, gözəl xüsusiyyətdir. Amma məsələni xüsusilə dindarlar üçün qabartmaq və yaxud dindarların tütündən istifadə etməsini ədəbsizlik, dinə qarşı yanlış addım kimi dəyərləndirmək düzgün deyil. Ona görə də Fazil bəyin dedikləri bir növ tənqiddir. Millət vəkilinin fikirlərinə hörmətlə yanaşıram.
Siqaret və tütün islamda haram deyil. Lakin ictimai yerlərdə insanlara zərər gətirəsi təqdirdə siqaretdən istifadə olunursa, bunun üçü konkret nəzərlər var. Həmin nəzərlər bundan ibarətdir: Tütün məmulatlarını istər dindar, istərsə də qeyri-dindar insanlar ictimai yerlərdə çəkilərsə, bu, heç kəsə yaraşmaz. Ona görə də millət vəkili dindarlıqla məşğul olan insanlara etika normalarında daha diqqətli olmağı tövsiyyə edirsə, bu çox təqdirəlayiqdir. Dindar olan kütlə mütləq etik normalara riayət etməlidir. Hətta belə bir məqam var ki, əgər nəsə etik normalara uyğundursa belə, dindar olan şəxsin bunu etməməsi daha məqsədəuyğundur”.
Yeganə Bayramova