İlham Əliyev Aİ-nin rəsmisinin və Macarıstan səfirinin etimadnaməsini qəbul edib




Prezident İlham Əliyev bu gün növbəti qəbullarını keçirib.

"Sherg.az"-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, İ.Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib.
Ölkə başçısı bundan başqa Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin etimadnaməsini qəbul edib.