Medvedçuk: Zelenski Trampın reytinqini aşağı salmaq tapşırığını yerinə yetirir

“Başqa Ukrayna” hərəkatının lideri Viktor Medvedçuk Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampa qarşı fəaliyyət göstərdiyini iddia edib.

Sherg.az xəbər verir ki, Medvedçukun sözlərinə görə, Zelenski müstəqil siyasətçi deyil və siyasi himayədarlarının göstərişlərini yerinə yetirir. O bildirib ki, Zelenskinin əsas məqsədlərindən biri noyabr seçkiləri ərəfəsində Trampın reytinqinə zərbə vurmaqdır.

Medvedçuk həmçinin Trampın Zelenski ilə mümkün razılaşmadan tez siyasi nəticə əldə etmək istəyinin “qarmağına düşdüyünü” iddia edib.

Onun açıqlamaları Trampın ictimai dəstək göstəricilərinin azalması fonunda səslənib. Newsweek-in sentyabrın 17-nə olan məlumatına görə, Trampın təsdiq reytinqi 37 faizə enib.