İlk dəfə güldükdən sonra öldü







"Daily Mail”in xəbərinə görə 4 aylıq körpə ilk dəfə qəh-qəhə çəkdikdən yalnız 12 saat sonra menenjit səbəbiylə öldü. 4 aylıq Evan Summerfieldin ani ölümü ailəsini şoka saldı. Heç bir sağlamlıq problemi olmadığı düşünülən körpə ilk dəfə güldükdən yalnız 12 saat sonra bədənindəki qızartılar səbəbiylə xəstəxanaya aparıldı.
Edilən tədqiqlər sonrasında menengit olduğu aydın olan körpə müdaxilələrə baxmayaraq təəssüf ki, qurtarıla bilməyincə ailəsi şoka girdi. Bu qədər sürətli necə xəstə olduğunu anlaya bilməyən ailəsi, "Bir dəqiqə əvvəl gülərkən göz açıb bağlayana qədər necə belə bir xəstəliyin ortaya çıxdığını anlaya bilmədik” dedi. Menengit uşaqlarda çox təhlükəli ola bilər. Körpədə aşağı, ya da yüksək bədən istiliyi, narahatlıq, davam edən ağlama, yuxu halı, qidalanma problemi olduğu zaman dərhal həkimə müraciət edilməlidir.