"Ermənistanın yeni hakimiyyəti dövlətin strateji prioritetlərini və əsas istiqamətləri müəyyən etməyib”.
Bunu "Sherg.az”a Rusiya XİN rəhbəri Sergey Lavrovun " Rusiya Ermənistandakı vəziyyətdən narahatdır" bəyanatını n şərh edərkən politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, erməni baş nazir həm Avropa ölkələrinə, həm də Rusiyaya yaxınlaşmağa çalışır:
"Reallıq odur ki, N.Paşinyanın ətrafındakı nazirlər Corc Sorosun fiqurantları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Qərbdə təhsil almış şəxslərdir. Rusiya isə çoxdandır, Ermənistandakı hadisələri izləyir. Amma heç bir addım atmayıb.

Mitinqlər keçiriləndə, hakimiyyət devriləndə onlara yaxın olan siyasətçilər istefa verəndə Moskva sərt mövqe ortaya qoymadı. Görünür, artıq rəsmi Moskvanın səbri tükənib. İlk dəfədir ki, Lavrov Ermənistanla bağlı bu dərəcədə sərt bəyanatlar səsləndirir.
Qeyd etməliyik ki, Robert Koçaryan, Serj Sarkisyan, Yuri Xaçaturov kimi siyasətçilər cinayətkardır. Onların əli azərbaycanlıların qanına bulanıb. Ona görə, həmin şəxslərin həbsdə qalması daha ədalətlidir. Amma N.Paşinyan həmin siyasətçiləri bu cinayətlərinə görə deyil, onlardan öz qisasını almaq üçün həbs etdirib.
Çünki 2008-ci ildə N. Paşinyan hakimiyyətə gəlmək istədikdə ona qarşı sərt addımlar atıldı, həbs edilib, siyasi səhnədən uzaqlaşdırıldı. Düşünürəm ki, baş nazirin kəskin addımları, rəsmi Moskvanın adamı olan siyasətçiləri həbs etdirməsi və s. Rusiya-Ermənistan münasibətlərinə ciddi zərbə vuracaq”.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun fikrincə, Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərini təqib edilməyəcəyinə dair vədlərinə ziddir. S. Lavrov söyləyib ki, İrəvanın müttəfiqi olan Rusiya erməni dövlətinin stabilliyində həmişə maraqlı olub və bu baxımdan orada baş verənlər bizi narahat etməyə bilməz.
Aysel Aslan