İmişlidə ər 17 yaşlı arvadını baltaladı





İmişlidə qətl hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi gecə saat 01.00 radələrində İmişli rayonunun Gövhərli kəndində baş verib.
Həmin kəndin sakini, 26 yaşlı Ağababa Əlibaba oğlu Nəsirov arvadı, 1999-cu il təvəllüdlü Aygün Altay qızı Abdulxalıqovaya balta ilə 3 zərbə vuraraq qətlə yetirib. A.Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.