"İmtahan keçmədən ali məktəbə qəbul AĞLASIĞMAZDIR"
14:03 13.06.2017
Arxiv
3378
Qulu Məhərrəmli: "Azərbaycanın son 100 illik tarixində, hətta Qori Müəllimlər Seminariyasından sonra təhsildə ən ciddi uğur qəbul imtahanları idi. Bunu cilalamaq, qüsurlarını aradan qaldırmaq və təkmilləşdirmək olardı"
Aysel Aslan
"Avropa təhsil təcrübəsində orta məktəblərin buraxılış imtahanlarını uğurla verən abituriyentlərin imtahansız ali məktəblərə qəbulu var”.
Bunu Sherg.az-a imtahansız ali məktəblərə qəbulun təsdiqlənməsi ilə bağlı danışarkən tanınmış jurnalist, professor Qulu Məhərrəmli deyib.
O bildirib ki, hər orta məktəbin göstəricilərinə etibar edib, abituriyentləri ali məktəbə qəbul etmək olmaz:
"Avropa orta məktəbi ilə Azərbaycandakı orta məktəblərin təhsil keyfiyyətini, sistemini necə müqayisə edə bilərik? Şagirdlərin 11 il oxumasına baxmayaraq onlar faktiki məktəblərin təhsilini yenidən 2-3 ay ali məktəbə hazırlaşanda təkrar edirlər. İmtahan deyilən xətt var ki, onu keçmədən ali məktəbə qəbul Azərbaycan təcrübəsində ağıla sığmayan haldır.
Orta məktəblər haqqında ictimaiyyətdə müəyyən fikir var. Düşünün ki, həmin orta məktəblərin şagirdləri necə imtahan verəcək. Azərbaycanın son 100 illik tarixində, hətta Qori Müəllimlər Seminariyasından sonra təhsildə ən ciddi uğur qəbul imtahanları idi. Bunu cilalamaq, qüsurlarını aradan qaldırmaq və təkmilləşdirmək olardı. Amma qəbul imtahanlarını ləğv etmək və ali məktəblərin qapısını kütləvi şəkildə hamının üzünə açmaq gələcəkdə mütəxəssis yetişdirilməsinə ciddi problemlər yaradacaq. Bu məsələdə xeyli dolaşıq, ağılasığmaz, subyektiv meyllərə yol açacaq ciddi məqamlar görürəm”.
Ali təhsil müəssisələri və ixtisasların müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin olunmasına gəlincə, professor deyib ki, müəyyən strukturlar arasında müharibə gedir və bu savaş bəzən haqlı olmayan tərəfin "qələbəsi" ilə başa çatır:
"Amma o qələbə bütövlükdə təhsilin məğlubiyyəti ilə nəticələnir. Fikrimcə, təhsil sahəsi millətin ən həssas nöqtəsidir. Bununla bağlı heç bir əsassız iddia qəbul oluna bilməz. İndiyə qədər olan yaxşı ənənələrdən çıxış etmək lazım idi. Onsuz da indi orta məktəblərdə uşaqlar elə də yaxşı oxumurlar. Düzdür, yaxşı məktəblərimiz var, amma azdır. Təhsilin keyfiyyətini yaxşılaşdırandan, hər azərbaycanlıda inam yaradandan sonra bu məsələlərə baxa bilərdik. İndiki şəraitdə, özəl və yaxşı türk məktəbləri çıxılmaqla heç bir uğuru olmayan orta təhsil müəssisələrinin şagirdlərini imtahansız ali məktəblərə qəbul etmək düzgündürmü? Bu qərarın təhsilimizə nə verəcəyi ilə bağlı bədgümanam. İslahat adı ilə nələrin baş verəcəyini təsəvvür edə bilmirəm”.
Qeyd edək ki, Təhsil Haqqında qanuna edilən dəyişikliyə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya
Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb
19:19 14.04.2026
Dünya
Tramp növbəti dəfə NATO-nu ittiham edib
18:57 14.04.2026
Dünya