İncə: "Sarayın işıqlarını söndürəcəyəm"

CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə, "Seçilər seçilməz o universitetləri birləşdirəcəyəm. Mənim dövrümdə mən, sən, o yox, biz varıq. Savaş yox, dinclik var olacaq" deyib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qatıldığı bir iftarı xatırladan İncə, belə danışıb:
"Mənim həmyerlim bu yaxınlarda bir iftar təşkil edir. İftarda bir general var. Ərdoğan, iftarda Türk ordusunu tərifləmir, bayraq, millət demir, "Məhərrəm İncə" deyir, məni tənqid edir. Məni tənqid edərkən general da alqışlayır. Türk Silahlı Qüvvələrinin İntizam Qanununun 20-ci maddəsi deyir ki "Silahlı qüvvələrinin personalı siyasi fəaliyyətlərə qatıla bilməz." Mən də dedim ki "sən Ərdoğanınmı, milətinmi generalısan? Sənin rütbəni sökəcəyəm." dedim. Nə deyirsəm o, söylədiyimin arxasındayam."
Ərdoğanla arasında fərq olduğunu qeyd edən İncə, qazandığı halda evində yaşayacağını söyləyib.
İncə sözlərinə belə davam edib:
"Mənim üçün "Körpüləri yıxacaqmış, məktəbləri yıxacaqmış" deyir. Mənim ağızımdan belə bir söz çıxdımı? Niyə yuyum körpünü? Yalnız "sarayın işıqlarını söndürəcəyəm" dedim. Mənim prezidentliyimdə televiziyanı açan zaman 16 kanalda birdən Məhərrəm İncəni görməyəcəksiniz. Seçilər seçilməz o universitetləri birləşdirəcəyəm. Mənim dövrümdə mən, sən, o yox, biz varıq. Savaş yox, dinclik var olacaq."
Ərdoğanın Muğladakı mitinqdəki ona istiqamətli "Sən fizika müəllimi olmusan, amma oxuman, yazman yox." sözlərini tənqid edən İncə, qapı kimi diplomu olduğunu vurğulayıb.