İNSAN qalmaq
Texnologiya və internetin sürətli inkişafı insan həyatında çox ciddi dəyişikliklərə yol açdı. Gətirdiyi müsbət məqamlarla yanaşı sürət əsri insan həyatına mənəvi zərbələr də gətirdi . Zamanı daha sürətlə yaşamağa başladıq və duyğularımız da zamanla daha sürətlə xərcləndi.
Zaman bizi daha hırslı, daha zalım, daha duyarsız etdi. İnternet xəbərləri ilə dünyada baş verən ölümlər, tökülən qanlarla bağlı xəbərlərə qulağımız alışdı, artıq bir nəfərin deyil, 10 nəfərin deyil, yüzlərlə insanın ölüm xəbərləri sensasiya yarada bilir, bir az qaçımızı qaldırmağımıza səbəb olur. Amma yalnız bu qədər. Xəbəri oxuyub 3 dəqiqə ofladıqdan sonra yenidən öz dünyamıza qayıdıb malk, mülk savaşına başlayırıq.
Dünya iqtisadiyyatını və siyasətini yönləndirən müəyyən güclər müharibələri qarşı- qarşıya deyil, ayaqları altında əzə biləcəkləri üçüncü dövlətlərin ərazisində aparırlar.
Fillər döyüşdükcə qarışqalar əzilir.
Zamanmı insanın mənəviyyatını bu qədər zəif saldı yoxsa iqtisadi maraqlarmı? İqtisadi maraqlar uğruna məqsədinə çatmaq üçün birilərinin belindən pilləkan kimi istifadə edib yüksəlməyi insan hər zaman bilirdi. Məhz buna görə tanrı yer üzərinə insanlar üçün hərəkət planı olan dini kitabları göndərdi, halalı haramı göstərdi .Göndərdi, amma insana bu da yetmədi. Çoxu onu istədiyi kimi anladı, əlindəki gücləri olan onu öz mənfəəti üçün istifadə edərək bundan da qazandı. Din xalqlar insanlar arasında ayrım salmaq, o müsəlman, bu xristiyan, o şiə ,bu sünni demək üçün yardılmadı, yaradan hər kəsi insan olaraq göndərdi dünyaya .
Müsəlmanı Allah yaratdı, xsirtian torpadanmı bitdi sanki
Yəni insanın insana dəyər verə bilməsi üçün , illah da ki, yer üzü başqa planetlərdən gələn varlıqların işğalınamı məruz qalmalıdır. İnsan yalnız o zamanmı anlayacaq göylərdən gələn bu bəlaya kimin erməni, kimin azərbaycanı , kimin yəhudi, kimin iranlı, kimin müsəlman və ya xristiyan olmasının fərq etmədiyini .O səni yaradılış etibari ilə İnsan olaraq görür? Və öz qardaşına belə amansızca yanaşıb özü -özünü məhvə sürükləyən vəhşi Insan kimi. Bəlkə bu üzdən göylərdən bəla gəlməsinə gərək qalmadı. İnsan özü -özünə yetdi və yetir çünki.
Hər zaman belə oldu,ən cahil zamanında da , inkişaf edib Marsa yerləşməyə hazır olduğu zamanda da. (Düz edir, bu gedişlə yaşanacaq bir planetimiz də qalmayacaq.Yeni məskən axtarır insan).
İnsan da ətrafında yaradılanları canlılar və cansızlar aləmi deyə qruplaşdırmayıbmı? Bu günə qədər kim ayağı altında qaynayan qarışqa sürüsüi haqqında bunlar ağ irqdənmi qara irqdənmi, hansı millətdir əcaba deyə düşündü ki. Sonu bilinməyən kainatda bir tək insanın var olması çox böyük məsafə itkisi olardu. Və həmin o sonu bilinməyən kainatda biz də digər daha güclü varlıqlar və yaradan için qarışqalar qədər kiçik deyilmiyik?. O zaman nəyin davasını edirik? Bir ideologiya uğruna, bir çirkin siyasət uğruna milyonların qurban verilməsinə dəyərmi? Onları da keçdim, futbol sahələrində bir oyun uğrunda azarkeşlərin bir -birinin qanuna susaması, bir oyun uğrunda cana qıyılması- o can ki, kəsilib atılan bir telini, bir dırnağını yenidən yaratmağa acizik. Ne nankordur insan.Bəlkə Quranda buna görə dəfələrcə sorulur insana- Yenədəmi şükr etməzsiniz!
Qaçan da Allah deyir , qovan da .Öldürən də Allah deyir, ölən də.
Parkla gedirdim. Yay günəşinin istisindən parkdakı bulağa sığındım, həm içmək , həm də əl-üzümü yuyub sərinlənmək üçün. İki qadın yaxınlaşdı mənə. Özlərini "Yehovanın şagirdləri” adlandıran dini cərəyanın nümayəndələri kimi təqdim etdilər. Əlimə nəfis tərtibatla hazırlanmış bir kitab verərək söhbətə başladılar. "Siz Allahın adının nə olduğunu bilmək istəyirsinizmi?”,- dedilər.
Ağacların kölgəsində oturduq.
" Baxın, nə gözəl yaratmış, bu çəməni, bir tək bu ağacın içində kim bilir nə qədər canlı özünə yuva qurub. Hələ suyu demirəm. Yer üzündə ən çox ehtiyac duyduğumuz bir nemət hər kəsə bərabər şəkildə paylanıb, ətri yox, qoxusu yox , ayaqlar altındadır, qızıla brilyanta önəm veririk, amma ən dəyərli nemətdir su, ayağlarım altına sərilib. Mənə bu qədər nemətləri verərək lütf etmiş , mərhəmətli yaradanı yaradanım olduğu üçün, göndərdiyi bütün dini kitablarında öldür yox, sev , anla , dərk et, kamil ol, dediyi üşün sevirəm. Birisini sevərkən xarakterinə görə sevirik, adına dörə deyil. Mən sənin huyunu ,suyunu sevsəm adının nə olduğunu heç önəmi olarmı mənim üçün ?”,- deyə soruşdum onlara.
"Yox”,- dedi.
"Mən yaradanımın adını son kitabında Allah olaraq öyrəndim.Siz onu dini kitablara əsasən Yehova olaraq tanıdırsınızsa , onu o adla da sevmək olar. Önəmli olan adı deyil, mahiyyətidir, Bizə verdiyi bütün bu gözəlliklər üçün şükr etmək düşər",- dedim. Xanımlar getdilər.
Düşündüm ki, keşkə bütün dini mübahisələr bu qədər anlayışla və sakit bitəydi. Yehova şagirdlərinin təlqininə görə, kim olursa olsun yaradanın qulları bir- birinin qanını tökməməlidir deyir, müharibələrə, savaşalara qarşı çıxırlar. Bu dini cərəyan əlbəttə siyasət dünyasında qəbul edilə bilməz, silah satıb sonra da müharibə alovlandıran qoşun çəkən dövlətinin ordusunda döyüşməyi günah bilən bir əsgər nə qədər faydalı ola bilər ki. Amma İslama bir də bir xristiyanın gözü ilə baxaq- hər bir halda "Allahu əkbər”i mənim istədiyim şəkildə səsləndirə bilmirsən deyib baş kəsən, adı müsəlman, özü şeytan olan , əslində kimə qulluq etdiklərini özləri belə anlamayan vəhşilər kimə faydalıdır? Əlbəttə, ilanı Seyid Əhmədin əli ilə tutmaq istəyən qüvvələrə. Bu çirkin oyundan qorunmaq bir az düşünmək və insan qalmağa çalışmaq lazımdır.Həyata gəliş səbəbimizdir. İnsan qalmaq.
İlhamə Rəsulova