İnternetdə yeni virus yayılıb
13:25 05.07.2018
Arxiv
532
Bolqarıstanın kibertəhlükəsizlik sahəsi üzrə "VessOnSecurity” təxəllüslü tədqiqatçısı "Twitter” səhifəsində yeni virus aşkarlaması barədə məlumat verib.
AZƏRTAC "Lenta.ru” resursuna istinadən yazır ki, ekspertin sözlərinə görə, zərərli proqram təminatının işi 2016-cı ildə həyata keçirilən "DDoS” hücumu zamanı dünyanın bir neçə ölkəsini internetə çıxışdan məhrum edən "Mirai” botnetinin fəaliyyətinə bənzəyir.
Bildirilir ki, bir neçə gün sonra tədqiqatçı virusun yayılma xəritəsini dərc edib. "Həmişə olduğu kimi, birinci yerdə ABŞ qərarlaşıb. Çoxsaylı unikal "IP” və "URL” ünvanları xüsusilə diqqət çəkir. Buna səbəb isə "Mirai” botnetinə oxşar virusdur”, - ekspert qeyd edib.
Məlumata görə, naməlum virus vasitəsilə hücumların sayı hər saat artır – iyulun 1-nə olan məlumata görə, zərərli proqram təminatı hər 1,2 saniyədə hücum həyata keçirib.
Adətən zərərli faylların yüklənildiyi "URL” ünvanlarından məlum olub ki, virus həqiqətən məlum güclü botnetlə bağlılığa malikdir: məlumatlarda "Mirai” və onun "Sora” modifikasiyası qeyd olunur.
Qeyd edək ki, bir neçə ay əvvəl "Fortinet” şirkətinin ekspertləri tərəfindən internetdə dünyanın ən böyük "Mirai” botnetinin "Mirai OMG” adlı yeni versiyasının aktivləşməsi açıqlanıb. Naməlum cinayətkarlar "Əşyalar interneti” qurğularını ələ keçirməklə yanaşı, onları proksi serverlərinə çeviriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat