İran Eldar Mahmudovun vəhabi məsələsini araşdıracaq
20:26 08.02.2016
Arxiv
751
İran Xarici İşlər Nazirliyi Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəhabilərlə əməkdaşlığına dair məsələni araşdıracaq.
ANS PRESS-in İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabir Ansari açıqlama verib.
Mətbuat konfransı zamanı zalda olan jurnalistlərdən biri qeyd edib ki, kütləvi informasiya vasitələrində Azərbaycanın sabiq nazirinin Qafqazda vəhabilərin silahlanmasında vacib rol oynaması, Səudiyyə Ərəbistanı və İsraillə sıx əməkdaşlıq etməsi barədə xəbərlər yayılıb.
Jurnalist XİN rəsmisinə bunun İranın maraqlarına zərər verib-verməməsi barədə sual ünvanlayıb.
Suala cavab verən Hüseyn Cabir Ansari bu məsələnin araşdırılacağını bildirib: "Məsələ araşdırıldıqdan sonra müəyyən faktlar aşkar olunarsa, məlumat veriləcək”.
Oktyabr ayının 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
E.Mahmudov vəzifəsindən azad edildikdən sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Aparılan araşdırmalar zamanı məlum oldu ki, yüksək rütbəli məmurlar uzun müddətdir ki, sahibkarlara qarşı cinayət törədib. Bu əməllərinin nəticəsində həmin məmurlar milyonlar əldə ediblər.
Belə ki, Eldar mahmudovun tapşırığı ilə sahibkarların telefon danışıqlarına qulaq asılıb və MTN generalları bunun köməyi ilə Azərbaycanın biznes elitasını, eyni zamanda orta səviyyəli sahibkarları da şantaj edərək külli miqdarda pul mənimsəyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat