İranda daha bir partlayış: 8 nəfər ölüb




İranın Həmədan şəhərində yaşayış binasında partlayış baş verib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, partlayış nəticəsində 8 nəfər ölüb.
 
Hadisə şəhərin mərkəzində qeydə alınıb. Yaşayış binasında partlayış və yanğın baş verib. Yanğınsöndürənlər 20 nəfəri təxliyə edib. Həyatını itirənlər arasında uşaqlar da var.