İranda koronavirusa yoluxan 103 yaşlı qadın sağaldı

İranda yeni növ koronavirusa yoluxan 103 yaşlı qadın sağalıb.
Bu barədə İRNA məlumat yayıb.
“Semnan vilayətində koronavirusa yoluxmuş 103 yaşlı qadın sağalıb”, - deyə Tibb Elmləri və Səhiyyə Universitetinin müdiri açıqlayıb.
Mütəxəssis xəstənin təxminən bir həftədir xəstəxanada olduğunu bildirib.
O, İranda koronavirusdan sağalan ən yaşlı qadındır.