İrandakı zəlzələ Azərbaycana keçməyəcək- QORXMAYIN !

Qurban Yetirmişli: "Bu zəlzələlər oyanmazdan əvvəl gərək Azərbaycanı silkələyərdi. Belə hal hələlik yoxdur"


"İran və Azərbaycan ayrı-ayrı tektonik quruluşa malik olan regionlardır”.

Bunu Sherg.az-a İran-Türkmənistan sərhədi yaxınlığında baş verən güclü zəlzələnin Azərbaycana təsirini izah edərkən Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. 

O bildirib ki, İranda baş verən zəlzələ Azərbaycandakı haradasa zəlzələ ocaqlarını oyadacaq təsirə malik deyil:

"Bu zəlzələlər oyanmazdan əvvəl gərək Azərbaycanı silkələyərdi.Belə hal hələlik yoxdur. İkinci tərəfdən Azərbaycanda əvvəl baş verən zəlzələlər hamısı fon səviyyəsindədir. Bir neçə gün əvvəl Saatlı rayonunda baş verən zəlzələ dərinlikdə baş vermişdi və digərlərindən fərqlənirdi. Dərində olduğuna görə, həmin zəlzələnin də dağıdıcı gücü olmamışdı. Bu zəlzələlərin içərisində hiss olunan yoxdur. Belə xırda təkanlar isə olmalıdır və olacaq da”.

Qeyd edək ki, mayın 14-nə keçən gecə baş verən güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb.

Aysel Aslan