İranlı komandan: “Bizə əsas təhlükə daxildən gəlir”
15:36 27.07.2018
Arxiv
734
"İrana təcavüz etmək düşmənlər üçün ağır nəticələnəcək”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məhəmməd Əli Cəfəri deyib.
M. Ə. Cəfəri bildirib ki, İran əcnəbilərin hər növ hədəsinə cavab vermək üçün tam hazırdır: "Düşmənlər tərəfindən edilən hədələr o qədər də ciddi deyil. Biz bu hədələrə cavab vermək iqtidarındayıq. Ölkə daxilində olan təhlükələr daha ciddidir”.
General qeyd edib ki, 40 ildir islam inqilabı müxtəlif sanksiya və hədələrlə üzləşir: "Hazırda bu hədələrin və sanksiyaların ən zirvə nöqtəsinə çatmışıq. Onların icra edə bilmədikləri yeganə hədələri hərbi müdaxilədir. Bilirlər ki, hərbi təcavüz edərlərsə, bu, onlar üçün çox baha başa gələcək”.
M. Ə. Cəfəri ölkə daxilindəki problemlərdən danışaraq bildirib ki, bu problemlərin kökü liberal düşüncədədir: "Təəssüflər olsun ki, Qərb və liberal düşüncə bir xora kimi ölkənin canına düşüb. Ali liderin humanitar fənnlərdə dəyişiklik edilməsinin zəruriliyini vurğulaması qeyri-islami və Qərb düşüncələrini məhv etmək üçündür”.
Ötən 40 ildə Qərb baxışı və liberal düşüncənin ölkənin icra orqanlarında bir növ, iştirakı olduğunu deyən M. Ə. Cəfərinin sözlərinə görə, icra orqanlarında bəzi düşüncələr xalqın iradəsi ilə dəyişməsə, belə də davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm