İrəvanda aksiya davam edir: hakimiyyətə təxribat xəbərdarlığı





İrəvanda keçirilən oturaq etiraz aksiyasının iştirakçıları polisə mümkün təxribatla bağlı xəbərdarlıq ediblər. Musavat.com "Novosti Armeniya"ya istinadən xəbər verir ki, təşkilatçılar aksiyanın keçirildiyi ərazidə armatur və dəyənəklər aşkarlayıblar, fotosunu çəkərək polisə veriblər.
Qeyd edək ki, İrəvanın mərkəzi Baqramyan prospektində elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası davam edir.