
“İrəvanı sülhə vadar etmək lazımdır, əks təqdirdə...” – AKTUAL
09:18 20.06.2019
Arxiv
822
"Vaşinqton danışıqlarından müsbət heç nə gözləmirəm. Ermənistanın sülh istəmədiyi aydın görünür”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.
Analitikin sözlərinə görə, sülh istəyən ölkə danışıqlar öncəsi iki Azərbaycan hərbçisini qətlə yetirməzdi:
"Əsas məsələlərdən biri də odur ki, münaqişənin həlli üzrə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr Ermənistanın bu əməllərinə göz yumurlar. ABŞ özü də münaqişənin həllində maraqlı deyil, çünki Rusiyanın moderatorluğu ilə nizamlanmanı istəmir. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, "mən heç zaman Qarabağ nizamlanması ilə bağlı ümidverici proqnozlar verməmişəm, əksinə həmişə xatırlatmışam ki, müharibə hər an başlaya bilər”.

Paşinyan Azərbaycanı, guya nizamasalma prosesini konstruktiv danışıqlar məcrasından çıxarmağa çalışmaqda ittiham edib. Bildirib ki, Ermənistan bu cəhdlərin qarşısını almalıdır. O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hazırlıq səviyyəsini daim artırmalıdır. Əslində, Paşinyan bu çıxışı ilə özünün Qarabağda müharibə istəməsi faktını pərdələməyə çalışıb. Əgər müharibə başlayarsa və Azərbaycan ordusu, tutaq ki, Madrid danışıqları çərçivəsində Ermənistan ordusunun çıxması nəzərdə tutulan bir neçə rayonu azad edərsə, bu, Paşinyana ilk növbədə əsas düşməni olan "Qarabağ klanı”na divan tutmağa imkan yaradar. Yəni orduda üstünlük təşkil edən generallar tam zərərsizləşdirilə bilər”.
Siyasi şərhçinin firkincə, hazırda Qarabağ klanı ilə Paşinyan arasında münasibətlər həddindən artıq gərgindir:
"Vəziyyət o həddə çatıb ki, Paşinyan işğal rejiminə maliyyə yardımı ayırmağı da dayandırıb. Erməni mətbuatının yazdığına görə, İrəvan qondarma rejimin maliyyə yardımı barədə xahişlərini rədd edib.
Baş Nazir Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün işğal rejiminin "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyanın istefası şərtini irəli sürüb.
Rejimin rəhbəri Bako Saakyan Balasanyandan Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib istefa verməsini istəsə də, keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib. Balasanyan "DQR prezidenti" postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var.
Yəni gərginlıik daha da artacaq. Əgər müharibə başlayarsa, məğlubiyyətə görə Paşinyan ilk öncə Balasanyanı cəzalandıracaq. Daha sonra, bütün klanla vidalaşacaq. Beynəlxalq təşkilatlar İrəvan qarşısında zəiflik nümayiş etdirirlər. İrəvanı sülhə vadar etmək lazımdır, əks təqdirdə danışıqlar heç bir fayda verməyəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol