İsa Qəmbərin Bakıdakı müalicəsi effektiv olmayıb - Açıqlama
10:33 12.04.2018
Arxiv
1548
Gülağa Aslanlı: “Başqanın ürəyində yaranmış problemi aradan qaldırmaq üçün asılan sistemlər, verilən dərmanlar nəticəsində onun səhhətində yeni problemlər üzə çıxdı"
"Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin yanında olan insanlar onun səhhətinin normal olduğunu deyir”.
Bu barədə "Sherg.az”a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məlumat verib. O bildirib ki, partiya lideri yataqda deyil. Hər gün az da olsa, gəzintiyə çıxır:
"Müayinə və müalicələr isə davam edir. Yaxınlarının sözlərinə görə, həftənin sonunda həkimlər İsa Qəmbərin səhhəti ilə bağlı dəqiq məlumat verəcəklər”.
G.Aslanlının sözlərinə görə, İ.Qəmbərin ürəyində yaranmış problemlə bağlı Bakıda götürdüyü müalicə effektiv olmayıb:
"Başqanın ürəyində yaranmış problemi aradan qaldırmaq üçün asılan sistemlər, verilən dərmanlar nəticəsində onun səhhətində yeni problemlər üzə çıxdı. Ona görə, İsa bəyin Almaniyaya getməsinə ehtiyac yarandı”.
Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Orada İ.Qəmbərin ürəyinə stentlər qoyulub. O, fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb.
Daha sonra isə İ.Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki "Hacettepe” xəstəxanasına yerləşdirilib. O, "Hacettepe” xəstəxanasından martın 14-də buraxılıb və Bakıya qayıdıb.
İ.Qəmbər müalicəsini davam etdirmək üçün aprelin 4-də Almaniyaya gedib. Hazırda orada müalicə alır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya