İşçi qruplarının birgə iclası keçirilib
11:25 01.07.2021
Arxiv
365
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə İşçi Qrupu ilə Ekoloji məslələr üzrə İşçi Qrupunun birgə iclası keçirilib.
Mərkəzdən "Report"a bildirilib ki, iclasda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.
İşğaldan azad olunmuş ərazilərdə yanğınların qarşısının alınması və bu istiqamətdə aidiyyəti qurumların səylərinin birləşdirilməsi məsələləri də iclasda müzakirə olunub, yanğınların qarşısının alınması üçün hərbi qulluqçular və mülki işçilər arasında maarifləndirmə işlərinin səmərəliyinin artırılmasının, təbliğat işlərinin intensivləşdirilməsinin və bu tədbirlərdə kütləvi informasiya vasitələrinin iştirakının genişləndirilməsinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bu ərazilərdə yerləşən hərbi hissələri, müvafiq dövlət orqanları və təşkilatlar arasında məlumat mübadiləsinin operativliyinin artırılmasının vacibliyi vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
18:28 06.06.2026
Hadisə
Toyları stadionda olacaq
17:58 06.06.2026
Şou
Baş mühəndis institutun rəhbəri oldu
17:47 06.06.2026
Cəmiyyət
Dələduzluğa görə axtarışda olan 13 nəfər istintaqa təhvil verilib
17:34 06.06.2026
Hadisə
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
17:30 06.06.2026
Ekologiya
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
17:07 06.06.2026
Elm və Təhsil
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
16:32 06.06.2026
Dünya
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
16:23 06.06.2026
Dünya
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
14:25 06.06.2026
Ekologiya
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
14:19 06.06.2026
Hadisə
İtkin düşən yeddi nəfər tapıldı
13:40 06.06.2026
Hadisə
Sabaha yağışlı hava gözlənilir
13:10 06.06.2026
Ekologiya
Tramp Boltonu “müharibə tərəfdarı” adlandırıb
12:51 06.06.2026
Dünya
Livanın briqada generalı öldürüldü
12:44 06.06.2026
Gündəm
Yer kürəsində G2 səviyyəli maqnit qasırğası başa çatıb
12:30 06.06.2026
Ekologiya