ISESCO 2019-cu ili “İslam mədəni irsi ili” elan edib
10:25 08.01.2019
Arxiv
551
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) İslam ölkələri mədəniyyət nazirləri konfransının qərarına uyğun olaraq 2019-cu ili "İslam mədəni irsi ili” elan edib.
Mədəniyyət Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, ISESCO öz bəyanatında üzv dövlətləri bu əlamətdar hadisənin bayram edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb. Təşkilat, həmçinin maddi və qeyri-maddi mədəni irsin xalqların tarixi yaddaşının və adət-ənənələrinin qorunub saxlanılmasında əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, İslam dünyası müsəlman ölkələrinin və onların dünyanın digər mədəniyyətləri ilə qarşılıqlı fəaliyyətinin, həmçinin yaradıcı ziyalıların - alimlərin, şairlərin yazıçıların, rəssamların, memar və ənənəvi sənət ustalarının məhsuldar əməyinin bəhrəsi olan zəngin və rəngarəng mədəni irsə malikdir.
"İslam mədəni irsi ili” çərçivəsində müsəlman ölkələrində mədəniyyətin inkişafında töhfə olan tarixi-memarlıq abidələrinin, rəssamlıq şedevrlərinin, əlyazmalarının, sikkələrin, İslam rəmzləri və müasir detalların təbliğinə xüsusi diqqət yetiriləcək. ISESCO, həmçinin bir çox maddi və qeyri-maddi irs nümunələrinin İslam Dünyası Mədəni İrsi Siyahısına daxil edilməsini təklif edir.
Bununla yanaşı, il ərzində sözügedən mövzuya həsr olunmuş "Açıq qapı” günləri keçiriləcək. ISESCO ekstremistlərin, sektant və terrorçuların fəaliyyəti nəticəsində münaqişə zonalarında təhlükə altında qalan zəruri sənədlərin qorunması ilə də məşğul olacaq. Təşkilat, həmçinin müsəlman ölkələrinə maddi və qeyri-maddi mədəni irs sahəsində mütəxəssislər hazırlanması, onların peşə, texniki və elmi bilik və bacarıqlarının artırılması üzrə təkidlə müraciət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm