“İşğal faktına son qoyulmayınca, regionda sülh olmayacaq” – Deputat
09:44 03.08.2018
Arxiv
892
"Cənab Prezidentimiz İlham Əliyevin söylədikləri həm dövlətimizin, həm də ictimaiyyətin aydın mövqeyini əks etdirir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.
Deputat vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməyincə, işğal faktına son qoyulmayınca, regionda sülh olmayacaq:
"İşğalçı ölkə daim küncdə saxlanılacaq, layihələrə yaxın buraxılmayacaq. Bu isə dərin ümumi böhran burulğanında qovrulan Ermənistanda daha bədbəxt şərait yaradacaq. Nəticədə ermənilər həm bir tikə çörək dalınca, həm də hakimiyyətdə oturanların quldurluğu, tüğyan edən anarxiya və qanunsuzluq səbəbindən ölkədən baş götürüb gedəcək, hakim dairələr isə işğalçı ordunun sıralarını doldurmağa adam tapmayacaq. Klanlararası mübarizə artacaq, Ermənistan böyük güclər arasında topa çevriləcək. Bir gün Azərbaycan qalxacaq və danışıqlardan qaçan işğalçı ölkənin başını ilan kimi əzəcək. O zaman kimsə Ermənistanı xilas edə bilməyəcək”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Bakının Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharəbələri, əlil və şəhid ailələrinə mənzillərin və evlərin verilməsi mərasimində çıxış edərkən mühüm məqamlara toxunub. Xüsusən, Dağlıq Qrabağ münaqişəsinin həlli ilə bağlı bir sıra önəmli açıqlamalar səsləndirən dövlət başçısı bir daha bəyan edib ki, Qarabağ müharibəsinin həllinin bir yolu var, işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır: "Biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu yaxşı başa düşməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya