“İşğalın sonu, Ermənistanda tənəzzülün başlanğıcıdır” - Tarixçi
Banuçiçək Kalbalıyeva
08:21 05.11.2020
Arxiv
979
Uğurla davam edən İkinci Dağlıq Qarabağ müharibəsi təkcə politoloqların, hərbçilərin yox, həm də tarixçilərin diqqət mərkəzindədir. Onlar indiki döyüşləri yaxından izləyir və əvvəlkilərlə, xüsusi Birinci Dağlıq Qarabağ müharibəsi ilə müqayisə edirlər. Əlbəttə, nəticə qürurvericidir. Biz indi qələbəyə daha çox yaxınıq. Bu, tarixi faktdır!
AMEA-nın Tarix İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı genişmiqyaslı hərbi əməliyyatların əhəmiyyəti barədə “Sherg.az”a danışıb:
“Təəssüflər olsun, 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin mahiyyəti əsasən problemin dondurulması, status-kvonun saxlanılması, aktiv münaqişədən – hərbi əməliyyatlardan yayınmaqdan ibarət olmuşdur.
Bu vəziyyət Böyük dövlətlərin, xüsusilə də münaqişənin həlli üçün birbaşa məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin geosiyasi və regional maraqlarına cavab verirdi. Onlar bu münaqişənin hərbi həllinin mümkün olmadığını ciddi şəkildə diqtə etməyə çalışırdılar. Eyni zamanda bu münaqişənin həll olunmasında, demək olar ki, maraqsız olan Rusya hakimiyyətinin neqativ mövqeyi və davranışları da problemin həll olunmasını minimuma endirirdi. Bu münaqişənin dondurulmuş statusda qalması əksər hallarda böyük dövlətlərin ümumi maraqlarına uyğun idi.
Bəs nə baş verdi? Bir anda bütün proseslər dəyişdi... İlk növbədə uzun illər boyu Azərbaycan dövlətinin dinamik şəkildə hərbi-siyasi və iqtisadi inkişafı, həmçinin Azərbaycanın Cənubi Qafqazada bütün sferalarda lider dövlətə çevrilməsi prosesləri dəyişən ən ciddi amillərdən biri oldu. Digər tərəfdən xüsusilə son onillikdə Türkiyənin hərbi-siyasi baxımdan daha da güclənməsi, Yaxın Şərq bölgəsində və Aralıq dənizi hövzəsində söz sahibinə çevrilməsi, eyni zamnda bölgədə baş verən geosiyasi hadisələrdə bir çox parametrlərə görə Rusiyanı üstələməsi və bu konteksdə türk-rus əməkdaşlığı Cənubi Qafqazda baş verən hadisələrə ciddi şəkildə təsir edən amillərdən biri idi.
Azərbaycan hakimiyyəti uzun illər ərzində böyük dövlətlərin diktə etdiyi reallıqları dağıdaraq yeni reallıq yaratdı və diktə etməyə başladı. Ali Baş Komandan Cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “artıq status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur” tezisi yeni bir hərbi-siyası mənzərə yaratdı.
Tarixçinin fikrincə, işğalçı ölkə sonun başlanğıcının astanasındadır:
“Hazırda Azərbaycan ordusunun zəfər yürüşü ilə davam edən əks- həmlə əməliyyatları təkcə Qarabağ problemini birdəfəlik olaraq həll etmir, eyni zamanda Ermənistanın gələcək siyasi tənəzzülünə zəmin yaradır. Çünki istər siyasi, istər iqtisadi, istərsə də psixoloji baxımdan çökməkdə olan Ermənistanı və onun mövcud hakimiyyətini qarşıda ağır günlər gözləyir.
Bir sözlə, Qarabağda erməni işğalının sonu, Ermənistanın tənəzzülünün başlanğıcı olacaqdır. Bu müharibədə Ermənistan dövlətinin hərbi-siyasi resursları Azərbaycanın mövcud resursları qarşısında dəfələrlə zəif olmaqla bərabər, Nikol Paşinyan da müzəffər ordumuzun Ali Baş Komandanı Prezident İlham Əliyevin qarşısında aciz və rəzil vəziyyətdədir.
Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə apardığı uğurlu diplomatik və informasiya müharibəsində Paşinyan və terrorçu komandası diz çökməkdədir. Məlumdur ki, erməni dövləti yaranandan bu günə qədərki yüz illik bir dövr ərzində kənar güclər – ağaları tərəfindən idarə olunmuşdur. Bu gün də həmin tendensiya davam etməkdədir. İndiki müharibədə də kənardan idarə olunan Paşinyan rejimi öz ağalarının təlimatlarını icra etməkdədir.
Baş verən hadisələr onu deməyə əsas verir ki, Azərbaycanın Qarabağda yaxınlaşmaqda olan qələbəsi xaricdən idarə olunan uğursuz layihənin - Paşinyan rejiminin sonu olacaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm