İŞİD-ə dəstək verən azərbaycanlılar MƏHKƏMƏDƏ




İŞİD-ə dəstək nümayiş etdirən şəxslər hakim qarşısına çıxarılıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə terrorçuluqda təqsirləndirilən Aydın Gülməmmədov və Əmrah İmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər digər şəxslərlə əlaqəyə girərək İŞİD-də dəstək nümayiş etdiriblər. Onlar İŞİD-ə dəstək nümayiş etdirən video çəkərək internetə yerləşdirmək istəyiblər. A. Gülməmmədov və Ə. İmanov saxlanılsa da, Zaur və Fuad adlı şəxslərin barələrində axtarış elan edilib. Onlar hələ də tapılmayıb. Bundan əlavə, Ağamirzə Quliyev adlı şəxs saxlanılan zaman polisə müqavimət göstərib və baş vermiş qarşıdurmada öldürülüb.

Proses iyunun 22-də davam edəcək.

A. Gülməmmədov və Ə. İmanova Cinayət Məcəlləsinin 214-(terrorçuluq) maddəsi ilə ittiham verilib.