İŞİD: London terrorunu biz törətmişik




Londonda baş verən terror aktının məsuliyyətini İŞİD üzərinə götürüb. 
APA TV-nin məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.

Xatırladaq ki, hadisə martın 23-də Britaniya parlamentinin yaxınlığında qeydə alınıb. Maşının piyadaların üstünə sürülməsi və polislərə hücum nəticəsində 4 nəfər həyatını itirib.
Terror aktının həyata keçirildiyi ərazi turistlərin ən çox ziyarət etdiyi yerdir.