İŞİD təhlükəsi qalmaqdadır
08:31 26.07.2018
Arxiv
452
Terrorçu təşkilatın müvəqqəti yuxuya getmiş hücrələri istənilən vaxt yenidən oyadıla bilər
ABŞ-ın başçılıq etdiyi qərb koalisiyası İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatları ən azı daha iki-üç ay davam etdirməyi planlaşdırır. Bu haqda fransız briqada generalı Frederik Pariso deyib. Parisonun fikrincə, koalisiya üzvləri qruplaşmanın tamamilə dağıdıldığına əmin olmalıdır.
O, koalisiya qüvvələrinin hərbi əməliyyatlardan sonra da Suriya və İraqda qalmasına ehtiyac olacağını istisna etməyib. Ekspertlərə görə, koalisiya qüvvələrinin regionda uzun müddət qalmasının ciddi fəsadları ola bilər.
Fransız generalın açıqlamasını "Şərq”ə dəyərləndirən Türkiyənin Beynəlxalq "VİZYON” Universitetinin prorektoru, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktayın fikrincə, bölgədə İŞİD təhlükəsi bir neçə il davam edəcək. Politoloqun sözlərinə görə, terrorçu təşkilatın müvəqqəti yuxuya getmiş hücrələri istənilən vaxt yenidən oyadıla bilər:
"Qərbin koalisiya qüvvələrinin Yaxın Şərqdə uzun müddət qalması, vaxtı ilə ABŞ-ın İraqda üzləşdiyi problemlərin yenidən üzə çıxmasına səbəb ola bilər. Görünən odur ki, Amerika ilə Rusiya arasında Suriya böhranı ilə bağlı anlaşma var. Həmin anlaşmaya görə, Suriyada nəzarət Bəşər Əsəd rejiminə təhvil veriləcək. Bundan sonra Suriyanın mərkəzi hökuməti müxalif güclərlə birlikdə İŞİD kimi terrorçulara qarşı özləri mübarizə aparacaqlar”.
Professorun sözlərinə görə, Amerika Suriyadakı bütün haqlarını qeyri-rəsmi olaraq Rusiyaya həvalə edib. Əvəzində isə İranı mühasirəyə almaq üçün Əfqanıstan kartından istifadəyə imkanı əldə edib:
"Suriyada İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlar dövrü başa çatıb. Buna rəğmən, Vaşinqton terror təhlükəsini ön planda tutaraq, bölgədəki digər gücləri nəzarət altında saxlamağa çalışacaq. Önəmli olan məsələ yaxın gələcəkdə Suriyanın hansı model üzrə öz siyasi varlığını davam etdirəcəyidir. Əksəriyyət düşünür ki, bir müddət sonra Suriyada, ümumiyyətlə, İŞİD təhlükəsi qalmayacaq. Amma bu da terror bəlasının tamamilə aradan qalxması anlamına gəlmir. Bölgədə başqa təhlükəli güclər hələ də varlığını sürdürür”. H.Oktay Türkiyənin regionda gedən prosesləri yaxından izlədiyini deyib: "Ankara hökuməti Suriya və İraqda Türkiyənin maraqlarına zidd olan, təhlükəsizliyinə təhdid törədən heç bir hadisənin yaşanmasına imkan verməyəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm