İslam bankçılığı nə deməkdir?
20:40 19.02.2016
Arxiv
1468
“Bu bankın əsas qayəsi və prinsipi odur ki, biznesə müəyyən faizlə şərik olur. Qazancdan gələcək payını götürür. Bu isə elə dolayısı ilə faiz götürmək kimi bir şeydir”
Azərbaycanda ilk müstəqil şəriət bankı yaranır. Bu bankda faiz olmayacaq. "Reuters” agentliyi yeni maliyyə təsisatının müşavirinə istinadən bildirir ki, hazırda Azərbaycan özünün ilk müstəqil islam bankının yaradılacağını elan edə bilər. Və indiki mərhələdə hökumət faizsiz maliyyələşmə məqsədi ilə bank haqqında qanunvericiliyin dəyişdirilməsi üzərində işləyir.
Bundan başqa, agentlik qeyd edir ki, Azərbaycan, Qazaxıstan və Tacikistanla yanaşı, Ciddədə mənzillənmiş İslam İnkişaf Bankının köməyi ilə şəriət qaydalarına əsaslanan bank sistemi üçün daha rahat şərait yaradan keçmiş sovet respublikalarından biri olacaq. İslami maliyyələşmə üzrə baş məsləhətçi Behnam Qurbanzadə agentliyə söyləyib ki, indiki məqamda Azərbaycan Nazirlər Kabineti İslam İnkişaf Bankı ilə birlikdə qanunvericilik üzərində işləyirlər və bu bank modelini inkişaf etdirməyə çalışırlar. O vurğulayıb ki, yeni bankın adı iki ay ərzində elan ediləcək, bu bazarda yeni islam bankı olacaq: "Gözləntilərə görə, yeni bank lizinq sahəsində xidmət göstərəcək, lakin xidmət sahələri daha geniş olacaq. Hazırda Azərbaycanın bank sektorunda hökm sürən çətinliklər korporativ müştəriləri də alternativ maliyyələşmə mənbəyi kimi islam bankına cəlb edə bilər”.
Qeyd edək ki, Azərbaycanda islami bankçılıq qaydalarını ilk dəfə Beynəlxalq Bank tətbiq etməyə cəhd göstərib və bu məqsədlə 200 milyon dollar ərəb kapitalı cəlb etmək barədə razılıq əldə edib. Bank həmin vəsaiti ipoteka yolu ilə Bakıda "7 Hills” adlı yaşayış kompleksinin inşasına yönəltməyi nəzərdə tutmuşdu. Lakin layihə uğursuz oldu və ötən ilin payızında Beynəlxalq Bank islami maliyyələşmə şöbəsini bağlayıb.
Sözügedən bankın mahiyyəti barədə "Şərq”ə danışan tanınmış iqtisadçı Natiq Cəfərli qeyd edib ki, dünyada islam bankçılığının mərkəzlərindən biri də London şəhərindədir: "Bu şəhərdə islam bankçılığının yeni şəbəkəsi mövcuddur. Bank, maliyyə sistemi üçün yaxşı şərait olduğundan islam bankçılığı mərkəzlərdən biri kimi oranı seçib. Sözügedən bankçılığın mahiyyəti ondan ibarətdir ki, faiz olmasa da, təqdim olunan kreditləşmə layihələrindən öz payını götürür. Məsələn, hansısa bir iş adamı yaxşı layihə təqdim edirsə, islam bankçılığı o layihənin gələcək perspektivinə inanırsa, danışıqların nəticəsinə uyğun olaraq o biznesdən müəyyən faizlə paya sahiblənir. İlkin olaraq kredit qazancdan çıxılır. Krediti bağladıqdan sonra, yəni iş adamının banka borcu qalmadıqdan sonra bank həmin biznesdə müəyyən paya malik olur və öz payını hər il götürür. Mahiyyəti budur”.
Ekspert diqqətə çatdırıb ki, islam bankçılığı dinin qəbul etmədiyi sahələrdə maliyyələşməni həyata keçirmir: "Məsələn, içki, siqaret biznesində, halal olmayan hansısa ərzaq məhsullarının istehsalı və satışında islam bankçılığı iştirak etmir. Hətta ora layihə də təqdim etsələr, o, layihələri maliyyələşdirməkdən imtina edir. Bu bankın əsas qayəsi və prinsipi odur ki, biznesə müəyyən faizlə şərik olur. Qazancdan gələcək payını götürür. Bu isə elə dolayısı ilə faiz götürmək kimi bir şeydir. İslamda faiz haram buyrulduğundan birbaşa faizlə işləmir. Lakin biznesdə paya malik olaraq kifayət qədər yüksək məbləğdə qazanc əldə edir”.
"Azərbaycanda bu sistemin tətbiqi realdırmı” sualına gəlincə, ekspert deyib ki, həmin bank ölkəmizdə ciddi xarici investorların iştirakı ilə yaradılacaqsa və geniş biznes şəbəkəsinin qurulmasına xidmət göstərəcəksə, uğur qazanmaq olar: "Yox əgər ənənəvi qaydalar - kreditləşmənin qohumluğa görə aparılması, hansısa biznes layihəsinə kimlərinsə nəzarət etməsi - işə düşəcəksə, heç bir nəticə gözləməyə dəyməz. İslam bankçılığında əsas cəlbedicilik ondan ibarətdir ki, riskləri sığortalayır. Çünki biznesin hər zaman uğurlu olacağına zəmanət yoxdur. İslam bankçılığında risk menecmentliyi yaxşı qurulmalıdır ki, risklərin idarə edilməsinə və layihələrin uğurlu olmasına inam yaransın. Bu bank risk menecmenti yaxşı qurulacaqsa, əsasən ixracyönümlü istehsal sahələrinin yaranmasında ciddi oyunçuya çevriləcəksə, hər şey qaydasında olacaq”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual