İsmayıllıda ŞOK OLAY: güllədən ölmədi, özünü asdı...
21:15 26.12.2015
Arxiv
595
Bir ay öncə özünü güllələyən 67 yaşlı kişi yenidən intihar edərək özünü öldürüb
İsmayıllı şəhərində bir ay öncə özünü güllələyən 67 yaşlı kişi yenidən intihar edərək özünü öldürüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün İsmayıllı şəhərinin Ü.Hacıbəyov küçəsindəki dalan 4, ev 10 ünvanında qeydə alınıb. Şəhər sakini, 1948-ci il təvəllüdlü Teymurxan Məmmədəli oğlu Süleymanov yaşadığı evin həyətindəki toyuq damında qeydə alınıb. Uzun illərdir ki, ovçuluqla məşğul olan Teymurxan Süleymanov kəndirlə özünü asaraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib. Dörd uşaq atası T. Süleymanovun bir ayda ikinci dəfədir ki özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, T. Süleymanov ötən ayın 20-də ov tüfəngindən atəş açaraq özünü yaralayıb. Başından və çənəsindən ağır güllə yarası alan T. Süleymanov təcili tibbi yardım avtomobili ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilsə də, sonradan vəziyyəti ağırlaşan T. Süleymanov müalicə üçün Bakı şəhərindəki Klinik Tibbi Mərkəzə göndərilib.
O, övladlarına və həkimlərə cərrahiyə əməliyyatı olunmaq istəmədiyini bildirib. Onun etirazına baxmayaraq T. Süleymanov əməliyyat edilib. O, müalicə olunaraq dünən axşam İsmayıllı şəhərindəki evinə gətirilsə də bu gün özünü asaraq öldürüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm