İstanbul faciədən döndü: 10 kiloqramlıq bomba son anda tapıldı - VİDEO





Polisin ayıq-sayıqlığı İstanbulu böyük faciədən xilas edib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, meşəlik sahədə şübhəli paketdən 10 kiloqramlıq bomba tapılıb.

İstanbulun Pendik bölgəsində ağaclıq sahədə araşdırma aparan polislər təxminən 10 kq-lıq "A-4" partlayıcı qurğusu tapıblar. Uzaqdan idarə edilən bomba məhv edilib.

Polisin hadisə ilə əlaqədar istintaqı davam edir.

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: