İstintaqda inkişaf var: Twitter o IP ünvanlarını verdi





Ankarada 97 nəfərin həyatını itirdiyi terror hücumuyla əlaqədar istintaqda inkişaf var.
Ankara prokurorluğu, terror hücumuyla əlaqədar istintaq daxilində 3 Twitter hesabına bağlı məlumat istədi. İctimai paylaşma saytı Twitter, istifadəçilərin IP ünvanlarını prokurorluğa verdi.
Prokurorluğun məlumatlarını istədiyi 3 hesabdan partlayışla əlaqədar şübhəli mesajlar atılmışdı.