İsveçrədə təyyarə qəzası nəticəsində 20 nəfər həlak olub YENİLƏNİB
14:10 05.08.2018
Arxiv
327
İsveçrədə baş verən təyyarə qəzasında 20 nəfər həlak olub.
AZƏRTAC İsveçrə mətbuatına istinadla xəbər verir ki, İkinci dünya müharibəsindən öncə istehsal edilən "Junkers” markalı "Ju-52" tipli təyyarə ölkənin Qraubünden dağlıq massivində dəniz səviyyəsində 2500 metr yüksəklikdə qəzaya uğrayıb.
İsveç polisinin verdiyi məlumata görə, iki pilot, bir ekipaj üzvündən başqa təyyarədə 17 sərnişin - on dörd İsveçrə və üç Avstriya vətəndaşı olub. Dağlıq ərazidə turistik uçuşlar təklif edən "Ju-Air” şirkətinə məxsus olan təyyarənin hansı səbəbdən qəzaya uğraması məlum deyil. Əlverişsiz dağlıq ərazi xilasedicilərin hadisə yerinə yaxınlaşması və qəzanın səbəbinin müəyyənləşdirilməsini əlavə olaraq çətinləşdirir.
İkinci dünya müharibəsi və ondan sonra hərbi məqsədlər üçün geniş istifadə edilən bu hərbi təyyarələrin bir qismi hələ də turizm şirkətləri tərəfindən istifadə edilir. Qəzaya uğrayan təyyarə isə 1981-ci ildə İsveçrə Silahlı Qüvvələrinin balansından çıxarıldıqdan sonra eyni markalı digər iki təyyarə ilə birlikdə "Ju-Air” tərəfindən alınıb. Şirkətin yaydığı məlumatda indiyədək 14 mindən artıq sərnişinə xidmət edən təyyarənin texniki cəhətdən işlək vəziyyətdə olduğu və baş vermiş qəza ilə əlaqədar digər eynimarkalı təyyarələrlə də uçuşların dayandırıldığı qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya