İtən uşağın son görüntüsü...

Məktəblinin axtarışına itləri də cəlb ediblər



Ankarada ibtidai sinif şagirdi Sərdar Kandemirin axtarışları davam edir. Sərdar Kandemirin son görüntüləri, məktəbin təhlükəsizlik kamerasından təsbit edildi.
Uşağın yoldaşlarıyla birlikdə məktəbdən ayrıldığı görünür. Təhlükəsizlik kamerasında saat 19.26-da uşağın məktəbdən çıxdığı var. Gecədən başlayan axtarışlara baxmayaraq hər hansı bir nəticə əldə edilməyib. Hal şahidlərinin verdiyi ifadələr istiqamətində işlərini bölgədə sürətləndirən axtarış qruplarına dedektor itlər də yardımçı olur. 8 yaşındakı Kandemirin itməsindən sonra polis, təhlükəsizlik kameralarını araşdırmağa başlayıb. Kandemir ilə sinif yoldaşının Çankaya Özbirlik İbtidai təhsil məktəbindən çıxaraq İmrahor dərəsinə doğru gedən yola çıxdıqları görünür. Məktəbdən ayrılan uşaq daha sonra dərənin olduğu tərəfə doğru irəliləyir.