Jurnalistika fakültəsinin tələbələri buraxılış işlərini müdafiə ediblər - Fotolar

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib. 
Müdafiə şurasının sədri, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı giriş sözü ilə çıxış edərək diplomçulara uğurlar arzulayıb.
Daha sonra Məmmədova Gülnarə "Sənədli filmlərdə mövzu seçiminin həlli yolları”, Nuriyev Azad "Azərbaycan mədəniyyəti xarici mətbuatda (ingilisdilli mətbuat nümunələri əsasında. 
2015-2018-ci illər)”, Əli Azərli Aytən "Azərbaycan Avropa İttifaqı münasibətləri kütləvi informasiya vasitələrində”, Həsənova Sevda ""525-ci qəzet”in tələbə-jurnalistlərinin püxtələşməsində rolu”, Rüstəmli Comərd "Xarici mətbuatda və Azərbaycanda data jurnalistikanın inkişafı”mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər. Tələbələr diplom işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.
Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev təqdim edilən işlər haqqında müsbət fikirlər səsləndirib, buraxılış işlərinin mövzu dairələrinin daha da genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürüb.
Qeyd edək ki, müdafiədə fakültə müəllimləri, o cümlədən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Televiziya və radio jurnalistikası kafedrasını müdiri, professor Allahverdi Məmmədli, Beynəlxalq Jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev dekan müavinləri Könül Niftəliyeva, Aytəkin Zeynalova, dosent Vəfa İsgəndərova və tələbələr də iştirak ediblər.