“Justice for Khojaly” səhifəsi yaradıldı
20:42 18.02.2016
Arxiv
1127
Azərbaycan xalqı Xocalı soyqırımının 24-cü ildönümünü yad edir
UBM Group-dan bu dəhşətli faciənin qurbanlarının əziz xatirəsinə ehtiramla
Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən düz 24 il keçir. Ürəyində vətən sevgisi olan hər bir Azərbaycanlı 26 fevral – Xocalı soyqırımı günündə erməni silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi vəhşiliklər və bu etnik təmizləmə ilə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır. Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb.
"Justice for Khojaly” ("Xocalıya ədalət”) kampaniyası Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə ilk dəfə olaraq Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə başladılmışdır.
UBM Group "Justice for Khojaly” təşəbbüsünü dəstəkləməklə və bu kampaniya çərçivəsində, müasir vasitələrdən istifadə etməklə, Xocalı həqiqətlərini geniş coğrafiyada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoymuşdur.
Məlumat üçün bildiririk ki, UBM Group Azərbaycan xalqının üzləşdiyi faciələr barədə dünya ictimaiyyətini əhatəli şəkildə məlumatlandırmaq üçün, korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirməyi qərara almışdır. Şirkətin 20 Yanvar hadisələrinin 26-cı ildönümü ərəfəsində reallaşdırdığı məlumatlandırma kampaniyası həm yerli və xarici mediada, həm də sosial şəbəkələrdə geniş işıqlandırılmışdır. UBM Group Xocalı faciəsi zamanı həlak olanların əziz xatirəsinə ehtiram əlaməti olaraq, fevralın 15-dən daha geniş arealı əhatə edən yeni məlumatlandırma kampaniyasına start vermişdir.
UBM Group Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrdə Justice for Khojaly! "Xocalıya ədalət!” adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına start verib.
Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat materialları bütün dünyanı əhatə etməklə 5 dildə - İngilis, Fransız, Alman, Rus və Azərbaycan dillərində hazırlanıb .
UBM Group hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir. Gəlin tariximizi unutmayaq, undulmasına da imkan verməyək. Xalqımızın qan yaddaşına yazılmış Xocalı faciəsini daha yüksək səslə bütün dünyaya car çəkək.
Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #justiceforkhojaly armenianaggression# armenianterror# khojaly# həştəqlərindən istifadə etməyinizi xahiş edirik:
https://www.facebook.com/JusticeForKhojaly https://twitter.com/justice_khojaly https://www.instagram.com/justice_khojaly/ https://www.youtube.com/channel/UC0XPCgZk3WG0UF8XkzND0ZA
Həm ölkəmizdə, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə dəvət edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual