Kamal Abdulla tələbələrin inamını özünə qaytardı
08:17 10.06.2017
Arxiv
1059
Yeni rektorun müəyyən etdiyi qaydalar öyrəncilərə problem qarşısında tək olmadıqlarını hiss etdirəcək
Azərbaycan Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.
İclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib. Rektor akademik borcu olan tələbələrin kəsirlərinin ödənməsi məqsədilə təşkil edilən yay məktəbinin ödənişsiz olması barədə göstəriş verib.
Ölkə universitetləri arasında ilk dəfədir belə bir addım atılır. Bu addımı çox böyük sevinclə qarşılayan tələbələr rektora atdığı bu humanist addıma görə təşəkkürlərini ifadə ediblər.
Öz prinsiplərinə sadiq olduğunu vurğulayan K.Abdulla heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəyini deyib: "Eyni zamanda da heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəm”.
Rektor universitetin əsas binasında kitabxananın olmamasını təəssüflə qeyd edərək məlumat verib ki, problemin həlli üçün ilk addım olaraq kitabxana punktunun yaradılması nəzərdə tutulub: "Tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və kitabxana əməkdaşları həmin kitabı gətirib verəcək.
O cümlədən də apelyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq. İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq. Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək və s.”
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də "Şərq”ə açıqlamasında deyib ki, Kamal Abdullanın müəyyən etdiyi qaydalar tələbələrin fəaliyyətini stimullaşdıracaq və onların özünəinamını artıracaq. Yeni qaydalardan sonra artıq tələbələr üzləşdikləri problem qarşısında tək olmadıqlarını hiss edəcək və çətinliklərinin öhdəsindən daha tez gələcəklər:
"Ola bilsin ki, yay məktəbinin ödənişsiz olması bəzi tələbələrdə semester imtahanları zamanı müəyyən rahatlıq hissi yaratsın ki, yay imtahanlarında iştirak edərəm. Bu baş verməsin deyə təlim prosesində tələbələrə ciddi nəzarət olmalıdır ki, onlar dərslərinə başdansovdu yanaşmasınlar”.
İstənilən halda Kamal müəllimin bu addımı müsbət dəyərləndirdiyini vurğulayan professorun sözlərinə görə, bəzən obyektiv səbəblərdən semester imtahanlarında iştirak edə bilməyən, yaxud da dərslərinə hazırlaşmaq imkanı olmayan tələbələr artıq ciddi bir çətinliklə üzləşməyəcəklər: "Düşünürəm ki, digər universitetlər də bu təcrübədən istifadə etsələr, tələbələrin ruhlanmasına və dərslərinə bağlanması ilə nəticələnər. Bütün bunlar isə ümumilikdə tədrisin keyfiyyətinə müsbət təsir edər”.
İmtahan nəzarətçilərinin otaqda gəzməsi, tələbənin başının üstündə dayanmasına qoyulan məhdudiyyətlərə gəldikdə isə Ə.Ağayev Kamal Abdullanın bu qərarının da təqdirəlayiq olduğunu deyib: "Onsuz da hər bir auditoriyaya müşahidə kameraları vasitəsilə nəzarət olunur. Həm də ki, imtahan nəzarətçilərinin otaqda gəzməsi, tələbənin başının üstündə dayanması pedaqoji cəhətdən də düzgün deyil. Bu cür hallar istər-istəməz tələbələrə psixoloji təsir edir və onların diqqətini yayındırır. Həmçinin də onlara göstərilən inamsızlıq tələbələri narahat edir. Onsuz da tələbələr imtahan zalına daxil olan zaman bütün telefonları əllərindən alınır. Üzərlərində "şpalqalka” olub-olmadığı yoxlanılır. Belə olan halda da nəzarətçi bütün sinfə nəzarət edəcək bir yerdə oturub öz müşahidəsini apara bilər. Onsuz da tələbələr sıra ilə oturduğu üçün onlara nəzarət etmək bir o qədər çətinlik yaratmaz”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Avropa Azərbaycanın qapısını döyür” - Orxan Yolçuyev (MÜSAHİBƏ)
18:36 16.03.2026
Müsahibə
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət