Keçmiş deputatı öldürən şəxs Rusiya agenti olub
07:35 24.03.2017
Arxiv
442
"Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qatili Rusiya xüsusi xidmət orqanlarının Ukrayna güc strukturlarına yeridilmiş agenti olub”.
APA-nın xəbərinə görə, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın üzvü Anton Geraşşenko yerli televiziyalara açıqlamasında deyib. O bildirib ki, qatil 2014-cü ilə Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.
A. Geraşşenko qatilin Ukrayna Milli Qvardiyasında 13 ay xidmət etdiyini, lakin döyüşlərdə iştirak etmədiyini söyləyib. Hazırda Ukrayna hüquq-mühafizə orqanları onun bütün fəaliyyətini araşdırır və bərabər xidmət etdiyi əsgər yoldaşlarını dindirir.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının sabiq üzvü Denis Voronenkov martın 23-də Kiyevin mərkəzində, Puşkin küçəsində güllələnib. Onun mühafizəçisi killerə atəş aça bilib və özü də yaralanıb. Cinayəti törədən şəxs xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə ilə bağlı təhqiqat aparılır.
D. Voronenkov 2016-cı ilin oktyabrında Ukraynaya qaçıb və Ukrayna vətəndaşlığı alıb. O, Ukrayna Baş Prokurorluğuna Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi və sabiq prezident Viktor Yanukoviçlə bağlı ifadələr verirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət