Keçmiş nazir Tofiq Zülfüqarov ölümlə nəticələnən qəzadan danışdı - YENİLƏNİB
10:38 16.09.2017
Arxiv
684
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yol-nəqliyyat hadisəsi törətməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Bu barədə APA-ya açıqlama verən sabiq nazir qeyd edib ki, o, bu hadisədə şahid qismində istintaqa cəlb olunub:
"Yayılan məlumatlar həqiqətə uyğun deyil. Həmin şəxs yolu keçərkən sərxoş vəziyyətdə olub. Hadisə baş verən ərazidən 10 metr kənarda yerüstü piyada keçidi var. Lakin piyada həmin keçiddən istifadə etməyib. Ölən şəxs içkili vəziyyətdə avtobusdan düşərək səkkiz zolaqlı yolu qaçmağa başlayıb. Bu zaman avtomobilimin yan güzgüsünə dəydi. Sonradan isə digər maşın onu vuraraq öldürdü. Bütün bunları əks etdirən görüntülər də var. Mən də polisə şahid qismində ifadə verdim. Hər şeyi olduğu kimi danışdım”.
T. Zülfüqarov həmçinin qeyd edib ki, o, qayda pozuntusuna yol verməyib: "Məni tibbi müayinədən də keçirdilər. Mən nə sərxoş olmuşam, nə də sürət həddini aşmışam”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi məlum yol qəzası ilə bağlı sentyabrın 15-də məlumat yayıb. Məlumatda qeyd olunur ki, sentyabrın 14-də saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini Rasim Əsgərov idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən İmişli rayon sakini Uğur Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Bu gün isə mətbuatda piyadanın T. Zülfüqarov tərəfindən vurulması barədə məlumat yayılıb.
**
12:46
2 gün əvvəl Xətai rayonu ərazisində baş vermiş yol qəzası ilə bağlı yeni məqam üzə çıxıb. Lent.az Report-a istinadən xəbər verir ki, piyada Uğur Vəliyev ölümü ilə nəticələnən yol qəzasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi "Mercedes” markalı avtomobilin iştirak etdiyi məlum olub. Belə ki, sabiq nazirin maşınının yan güzgüsü piyadaya dəyib və o daha sonra Rasim Əskərovun idarə etdiyi "Ford” markalı yük maşınının qarşısına düşüb. Piyada hadisə yerində ölüb.
Məsələ ilə bağlı T.Zülfüqarovdan münasibət öyrənmək mümkün olmayıb.
*****
15 sentybar 9:40
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, dünən saat 20 radələrində Xətai rayonu Zığ yolunda "Ford" markalı, 90 HU 342 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 66 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya