Kənd təsərrüfatına az pul ayrılmayıb
22:00 24.02.2016
Arxiv
1048
Ayrılan subsidiyalar dolayı yolla məmurlar tərəfindən mənimsənilir
Millət vəkili Vahid Əhmədov yenilənmiş dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinə ayrılan 86 milyon manatın olduqca az olduğunu deyib. Onun sözlərinə görə, kənd təsərrüfatında, xüsusilə emal və suvarma sahəsində problemlər həddən artıq çoxdur:
"Taxtakörpü” su anbarı, Şəmkirdə böyük su anbarının inşa edilməsinə baxmayaraq, rayonların su təminatında çox ciddi problemlər var. Mən belə hesab edirəm ki, Azərbaycan hökuməti suvarma ilə bağlı xüsusi proqram işləyib hazırlamalı və qəbul etməlidir. Əks təqdirdə, biz kənd təsərrüfatında ciddi irəliləyişə nail ola bilmərik”. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərəmov deyib ki, əsas problem dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinə ayrılan 86 milyon manat subsidiyanın az olmasında deyil: "Baxın, görək dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinə ayrılan vəsait səmərəli xərclənilirmi? Uzun müddətdir ki, kənd təsərrüfatı sahəsinə hər il yetəri qədər maliyyə vəsaiti ayrılır. Ötən il kənd təsərrüfatına ayrılan vəsaitin həcmi 600 milyon manat idi. Bu o qədər də az rəqəm deyil. Bəs, bu qədər vəsaitin müqabilində kənd təsərrüfatı nazirliyi və ya bu sahəyə məsul digər şəxslər ayrılan vəsaitin səmərəli xərclənməsi üçün hansı tədbirləri həyata keçirdilər? Bu gün sadə vətəndaşlar da dövlət büdcəsindən ayrılan vəsaitin cürbəcür yollarla mənimsənildiyini bilir. Ayrılan subsidiyalar dolayı yolla məmurlar tərəfindən mənimsənilir. Bu şərtlər daxilində Kənd təsərrüfatı sahəsinə maliyyə vəsaiti ayırmağa və ya ayrılan vəsaitin miqdarını qaldırmağa dəyərmi? Büdcədən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmirsə, məhsuldarlığı artırmır, heç bir səmərə vermirsə, əksinə Azərbaycanın idxaldan asılılığı get- gedə artırsa, bu sahəyə maliyyə vəsaiti ayırmağa nə ehtiyac var ki!? Fikrimcə, dövlət büdcəsindən vəsaitlərin ayrılması millət vəkillərinin, məmurların istəyi ilə bağlı olmalı deyil, əsaslandırılmalıdır.
Büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edilməsinin vacibliyini vurğulayan ekspert deyib ki, hökumət bunu bacarmırsa, təşkilat olaraq nəzarət mexanizmini həyata keçirməyə hazırdılar: "İqtisadi Tədqiqatlar Mərkəzi olaraq, biz dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli xərclənməsinə nəzarət mexanizmini hökumətə təqdim edə bilərik. Müraciət etsinlər, biz yardım etməyə hazırıq!”
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol