"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" beynəlxalq ekspedisiyası başlayıb
19:04 15.09.2017
Arxiv
502
Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiyaya start verilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Türkiyə və Rusiyadan dövlət və ictimai xadimlər, tarixçi-arxeoloqlar və media nümayəndələrinin iştirak etdiyi ekspedisiya çərçivəsində Qazaxıstanın mərkəzi əyalətlərindəki tarixi baxımdan böyük əhəmiyyətə malik ərazilər ziyarət olunacaq.
TWESCO prezidenti Dərxan Kıdıralinin rəhbərlik etdiyi ekspedisiya qrupu Ulutaudakı Alaşa Xan və Cuçi Xan türbələri və Dombaul movzeleyinə səfər edəcəklər. Beləliklə, 15 avqust 2017-ci il tarixində Monqolustanın Kentay bölgəsindən başlayan ekspedisiya çalışmaları Qazaxıstanın Jezkazqan bölgəsində başa çatacaq.
Tədqiqat səfəri zamanı Ulutau bölgəsinin tarixi əhəmiyyəti, dövlətçilik ənənəsinin davamlılığı, buradakı abidələrin Türk dünyasının ortaq mədəni mirasının öyrənilməsində oynadığı rol və Avrasiya çöl mədəniyyəti ilə bağlı aktual məsələlərin müzakirə olunacağı Konfrans təşkil ediləcək.
Səfərin yekunu olaraq, Astana şəhərində Milli akademik kitabxanada TWESCO tərəfindən indiyədək təşkil olunan beynəlxalq tədqiqat səfərlərinin nəticələri ilə bağlı hesabat toplantısı təşkil olunacaq.
Qeyd edək ki, Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan zirvəsində yaradılan Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə birinci beynəlxalq kəşfiyyat səfəri Altaylara, ikinci ekspedisiya isə Monqolustanın Şiveet-Ulan və Orxon bölgələrinə təşkil olunmuşdu. Bu, türk dünyasının ortaq tarixi mirasının öyrənilməsini hədəfləyən sayca üçüncü beynəlxalq ekspedisiyadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya