“Keşikçi Dağ”ında Kreml izi...
09:31 07.05.2019
Arxiv
852
"Görünür, rəsmi Tiflislə Moskva arasında konfedensial diplomatik danışıqlar gedir"
"Gürcüstan Prezidenti Salome Zurabaşvilinin "Keşikçi Dağ” məbəd kompleksi ilə bağlı iddialarının arxasında oliqarx Bidzina İvanaşvili durur”.
Bunu "Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, İvanaşvili öz hakimiyyətinin ilk günlərindən başlayaraq iki ölkənin möhkəm strateji əməkdaşlığına zidd olaraq dövlətimizə qarşı siyasi-iqtisadi sabotajlara əl atırdı, bəyanatlar verirdi:
"Hazırda ölkəmizə qarşı davam edən bu avantürist siyasət İvanaşvili iqtidarının növbəti seçkidə fiaskosuna gətirəcək. İvanaşvili bu siyasəti ilə ölkəsində azərbaycanlılara qarşı ayrı-seçkiliyi tətikləyir. Lakin bu cür siyasət Gürcüstan dövlətçiliyinin zəifləməsinə və parçalanmasına gətirə bilər.
Acarıstan potensial olaraq Türkiyənin nəzarətindədir və istənilən situasiyada Gürcüstandan ayrıla bilər. Ona görə də İvanaşvili iqtidarı erməni və rus avantürasına gedərək, anti-Azərbaycan və anti-Türkiyə siyasəti ilə ölkəsini zəif duruma gətirir. Verilən bəyanat və qərarlarda Kremlin təsiri görünür. Görünür, rəsmi Tiflislə Moskva arasında konfedensial diplomatik danışıqlar gedir”.
Siyasi şərhçi bildirib ki, dövlət komissiyası aparılacaq danışıqlarda "Keşikçi Dağ” məbəd kompleksini qəti şəkildə Azərbaycanın nəzarətində saxlamalıdır:
"Gürcüstana bir qarış da torpaq güzəştə getmək danışıqlar predmeti ola bilməz. Mütləq şəkildə növbəti seçkilərdə Gürcüstan azərbaycanlıları ilə sıx işləmək lazımdır. Ötən parlament seçkilərində Bakıdan bir qrup nümayəndə Borçalıya gedərək İvanaşvilinin "Gürcü Arzusu” partiyasından olan üzvlərin seçilməsinə dəstək verdilər. Halbuki, həmin dairədən azərbaycanlı namizəd qalib gəlmişdi. Nəticə isə göz qabağındadır. Ona görə də mütləq şəkildə Gürcüstan azərbaycanlılarını siyasi cəhətdən aktivləşdirmək lazımdır. Siyasi partiya yaradıb, Gürcüstan siyasətinə inteqrasiya edilməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət