Keşlə qəsəbəsi və Xırdalan şəhəri hələ də zülmətdədir
10:04 03.07.2018
Arxiv
633
"Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib ki, hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100%, regionlarda isə 80%-dir. "Yaxın müddət ərzində regionlarda elektrik enerjisinin bərpasını 100 faizə çatdıracağıq” – deyə Yəhya Babanlı bildirib.
"Azərenerji” rəsmisi ölkə ərazisində elektrik enerjisinin bərpasında yaranan fasilənin baş vermə səbəblərinə də aydınlıq gətirib: "Bu kimi halın bir daha təkrar olunması ehtimalı yoxdur. Bu forsmajor bir hal idi. Havaların kəskin isti keçməsi ilə əlaqədar bizim stansiyaların soyutma sisteminin gücü çatmayıb. Bundan sonra da havalar kəskin isti keçəcəyi təqdirdə belə elektrik enerjisində fasilə olmayacaq. Soyutma sistemini daha da gücləndirəcəyik. Əlavə qurğular qoşulacaq. Yaxın günlərdə havaların isti keçməsi ilə bağlı qayğılanmağa dəyməz. Ekstremal hallar qaçılmazdır, lakin bu kimi qəzanın bir daha baş verməsi gözlənilmir, sistem dayanıqlıdır”.
Qeyd edək ki, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayışla əlaqədar ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.
Azinforum.az-ın əldə etdiyi məlumata görə, hazırda Bakının bir çox ərazisində işıqlar hələ də yanmır. Paytaxtın böyük qəsəbəsi olan Keşlədə, Sabunçu rayonun bir hissəsində, Xırdalan şəhərində elektrik enerjisinin verilişi bərpa olunmayıb. Maraqlıdır, belə olan halda,”Azərenerji” rəsmisi hansı əsasla elektrik enerjisinin təminatının 100 faiz həyata keçirildiyini bəyan edir? Görünür, ekstermal situasiyalara hazır olmayan "Azərenerji” ASC səriştəsizliyini yalan məlumat yaymaqla ört-basdır etməyə çalışır.
Redaksiyamıza daxil olan məlumata görə, gecədən bəri cənub bölgəsində, Lənkəranın böyük hissəsində, Masallıda və Lerikdə işıqlar yanmır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat