Kirayə mənzil üçün müraciət edənlərin sayı AÇIQLANDI
09:50 04.03.2020
Arxiv
443
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) “Elektron ipoteka və kredit zəmanət” sistemində (EİKZS) kirayə mənzil modulu üzrə bugünədək 6395 vətəndaş elektron kabinet yaradıb və onlardan 4824-ü elektron müraciətinin formalaşdırılmasını yekunlaşdırıb.
Lent.az fond-a istinadən xəbər verir ki, müraciətini formalaşdırmış vətəndaşlardan 3498 nəfər müraciətini göndərib, bu müraciətlər şəffaf qaydada elektron sistem vasitəsi ilə növbəyə alınıb və hazırda proses davam edir. Növbəlilik barədə vətəndaşların elektron kabinetinə bildiriş göndərilib və SMS məlumat verilib.
Müraciətləri qeydə alınmış vətəndaşların elektron kabinetinə sistem vasitəsi ilə sənədlərin qəbulu tarixi və yeri barədə bildiriş yerləşdiriləcək və SMS məlumat veriləcək. Şəffaflığın və xidmətdə vətəndaş məmnuniyyətinin təmin edilməsi üçün sənədlərin qəbulu martın 10-dan başlamaqla növbəlilik əsasında Bakı 2 saylı “ASAN Kommunal” mərkəzində və Sumqayıt “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.
Müraciətləri qeydə alınmış vətəndaşlar yalnız bildirişdə qeyd olunan tarixdə sənədlərin qəbulu üçün ASAN xidmət mərkəzinə gəlməlidirlər.
Qeyd edək ki, bundan sonra kirayə mənzillərə müraciət zamanı vətəndaşlar EİKZS vasitəsilə elektron kabinetini yarada, müraciətlərini formalaşdıra və dərhal müraciət göndərə biləcəklər.
Onu da bildirmək lazımdır ki, vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi elektron sistem vasitəsi ilə əldə olunan rəsmi məlumatlar əsasında Fondun açıq bəyan etdiyi meyarlar üzrə həyata keçiriləcək. Belə ki, sənədləri qəbul edilmiş vətəndaşların müraciətinə Fond tərəfindən 5 iş günü ərzində baxılır, onların yaşı, kredit tarixçəsi və rəsmi gəlirləri əsasında kirayəyə yönəldəcəyi maksimal aylıq ödəniş məbləği və kirayə müqaviləsinin maksimal müddəti müəyyən edilir və bu barədə onların elektron kabinetinə bildiriş göndərilir. Bundan sonra həmin vətəndaşların EİKZS vasitəsilə ödəniş qabiliyyətlərinə uyğun yaşayış sahəsini seçmək imkanı yaranır.
İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərə dair vətəndaşların məlumatlandırılması, sənədlərin qəbulu, vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi və yaşayış sahəsinin seçilməsi prosesinin gedişatı ilə bağlı bütün zəruri məlumatları mütəmadi olaraq ictimaiyyətə bundan sonra da ətraflı bildirəcək.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncə şəhərinin Baş planı təsdiqlənib
17:47 10.03.2026
İnfrastruktur
Trampın bir gülümsəməsi diplomatik qızıl medal kimidir - ŞƏRH
17:37 10.03.2026
Gündəm
Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
17:14 10.03.2026
Gündəm
Heqset: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək
17:07 10.03.2026
Dünya
Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
16:54 10.03.2026
Gündəm
İranın hərbi məğlubiyyəti artıq qaçılmazdır - Tofiq Zülfüqarov
16:44 10.03.2026
Region
Prezident cərimələrin icrası ilə bağlı qanunu təsdiqlədi
16:14 10.03.2026
Gündəm
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya
Yazarlar süni intellektə etiraz etdi: “Boş kitab” nəşr olundu
13:05 10.03.2026
Dünya