Kirpi, pişik və itləri zəhərləyərək öldürdülər

Antalyada pişik, it və kirpilər, zəhərli ətlərlə tələf edilib. Vətəndaşlar, hələ tapa bilmədikləri çox sayda heyvanın da zəhərlənmiş ola biləcəyini qeyd edir. Heyvanların ölülərini görənlər gözyaşına boğuldu.
Güzelbağ məhəlləsində sahibli - sahibsiz pişik, itlər və vətəndaşların verdiyi qidalarla bəslənən kirpilər də, istixanaların yanına buraxılan zəhərli ətlərlə tələf edilib. Məhəllədə yaşayan heyvansevərlər, son günlərdə heyvanların yedikləri zəhərli ətlərlə öldürüldüyünü ifadə edərək, çox sayda heyvanı da tapa bilmədiklərini söyləyir. 
12 KİRPİYƏ ÇATA BİLMİR
Məhəllə sakinlərindən Arzu Ayaz, pişik və itlərin qidaları ilə bəslənən 12 kirpinin son günlərdə bağçasında görünmədiyini qeyd edir. Saxladığı  bir çox heyvanın itkin olduğunu ifadə edən Ayaz, qalan heyvanları qorumağa çalışır. 4 it, 2 pişik və 1 kirpinin ölüsünü tapdığını bildirən Arzu Ayaz, bunları söyləyib:
"Artıq yetər, canlıların yaşamasını istəyirəm. Heyvanlara baxmaq üçün bazardakı evimi satıb bura gəldim. Bu heyvanların hürməsindən narahat olurlar amma, ona baxsaq insanlar da qışqıraraq danışır. İnsanlar daha çox səs-küy salır."
RUS OLQANIN  GÖZYAŞLARI
Məhəllədə məskunlaşan  rus Olqa Cankurt da ölən heyvanları görüncə gözyaşlarına boğulur. İnsanların itlərin hürməsindən narahat olduqları üçün onları zəhərlədiyini qeyd edən Olqa, "Mənə görə, bunu edənlər insan deyil" deyə hiddətlənir.
40 İT İTKİN
Hayvansevər Ümid Özoğlu, rusların buradan heyvanları alıb Rusiyaya apardığını, türk vətəndaşların isə heyvanları zəhərlədiyini bildirir. Bölgədə 100-ə yaxın it bəslədiyini ifadə edən Özoğlu, "Son günlərdə 40-a yaxınını tapa bilmirəm. Bir qadın itlərdən birinin ağızından köpüklər töküldüyünü söylədi. Ehtimalla o itləri də zəhərlədilər" deyə danışır.