Bakı sakinləri avtobuslarda kondisionerlərin işləməməyindən gileylənirlər
Kişilər də cib dəsmalı yelləyir
09:08 03.07.2018
Arxiv
367
Hiss olunur ki, tər hamının dabanından axır
Bakı sakinləri avtobuslarda kondisionerlərin işləməməyindən gileylənirlər
Bakı sakinləri avtobuslarda kondisionerlərin işləməməyindən gileylənirlər
Havaların anomal isti keçməsi kondisionersiz işləyən avtobusların həm sürücüləri, həm də sərnişinləri üçün böyük çətinlik yaradır. Xüsusən də günorta saatlarında bu çətinlik bir az da artır. Bu isti havalarda avtobusların dayanacaqlarda çox dayanması da sərnişinlərin daha çox əziyyət çəkməsinə səbəb olur.
İctimai nəqliyyatdan istifadə edən vətəndaşları narahat edən başlıca problem marşrut avtobuslarında kondisioner sisteminin olmasına baxmayaraq, sürücülərin onu qoşmamasıdır.
Xüsusilə də avtobusların salonları sərnişinlərlə həddindən artıq yüklənən zaman problem daha da böyüyür. Elə sərnişinlərlə sürücü arasında yaranan mübahisəyə səbəb də avtobusda sürücülərin kondisioneri işlək vəziyyətə gətirməməsidir. Sosial şəbəkə istifadəçiləri də avtobuslarda kondisionerlərin işləməməyindən gileylənirlər.
Millət vəkili Fazil Mustafa da ictimai nəqliyyatda kondisioner probleminə münasibət bildirib: "İctimai nəqliyyatın yer üstündə alternativsiz növü sayılan avtobuslarda oturan qadınlar əllərində yelpiklərlə, kişilər də yelpik götürmək ayıb sayıldığından cib dəsmalları ilə özlərini sərinlədirlər”.
Deputat təklif edib ki, kondisionerlər işləmədiyinə görə avtobuslarda gedişhaqqı aşağı salınsın: "Hiss olunur ki, tər hamının dabanından axır.
Bəhanə edirlər ki, avtobusların qapıları tez-tez açıldığından soyuducuların işlədilməsi mümkün olmur. 21-ci əsrdir, bəsit bir nəqliyyatda vətəndaşın rahat daşınma problemini çözmək mümkün olmayıb. Avtobuslarda bir neçə sadə sərinkeşlər yerləşdirib çalışdırmaq da mümkün deyil? Əgər sərinkeş də quraşdırılmırsa, o zaman istiyə görə çəkilən əzabın müqabilində birdəfəlik ödənişləri də 50 faiz aşağı salmaq olmazmı? Necə deyərlər, axıdılan tərin əvəzinə qiymət endirimi kampaniyası”.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə deyib ki, hazırda paytaxtda hərəkət edən avtobusların çox cüzi hissəsində sərinləşdirici sistem var. Amma yaxın zamanlarda paytaxta daha 300 kondisionerlə təchiz edilmiş avtobus gətiriləcək və mərhələlərlə bütün avtobusların müasirləri ilə dəyişdirilməsi təmin ediləcək.
Bakı Nəqliyyat Agentliyi bütün marşrut xətti sahibkarlarına da intervala əməl edilməsi üçün göstəriş versə də, intervalın qısaldılması məsələsi gündəmdə deyil.
Nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli də sərnişinlərin etirazlarının haqlı olduğunu deyib:
"Dünən Bakıda son 120 ilin rekord istiləri müşahidə olunub. Bu qədər isti havada kondisionersiz marşrutda hərəkət edən sərnişinlər də təbii olaraq hay-küy salıblar. "Baku-bus” avtobuslarının bütün texniki imkanları mövcud problemin aradan qaldırılmasına imkan verir. Bu avtobuslar kondisionerlərlə tam təchiz olunduğu üçün əslində həmin marşrutlarda bu problem yaşanmamalıdır. Amma sərnişinlər onların da fəaliyyətindən narazıdır.
Düzdür, kondisionerlər işə düşdükdən sonra istifadə olunan yanacağın miqdarı artır. Amma istənilən halda sərnişindaşıma ilə məşğul olan şirkətlər sərnişinlər qarşısında öhdəlik götürüblər və onlar bu cür minimal məsrəflərdən yayınmamalıdırlar. Gün ərzində minlərlə insan ictimai nəqliyyatdan istifadə edir. Pik saatlarda isə basabas olduğundan ürək problemi olan insanlar hərəkət zamanı çətinlik çəkir”.
İ.Hüseynlinin sözlərinə görə, istisna hallarda sürücülər də haqlı olurlar. Xüsusən də qapıların örtülüb-açıldığı vaxtlarda kondisasiya prosesi pozulur və salonda istiləşmə yaranır:
"Həmçinin də dünənki kimi rekord dərəcə istilərdə bütün salonu sərinləşdirməyə heç kondisionerin də gücü çatmaz. Nəinki ictimai nəqliyyatda, hətta şəxsi avtomobillərdə belə salonu soyutmağa kondisionerin gücü çatmırdı.
Bu cür texniki problemləri nəzərə almasaq, ictimai nəqliyyatda sərnişinlərin rahatlığı təmin edilməlidir. Əks təqdirdə sərnişinin etiraz etməyə və nəqliyyat vasitəsini dayandırıb sürücüdən haqqını tələb etmək hüququ var. Sərnişinlər aktiv olmasa, qışda soyuqda, yayda istidə gedib-gəlməli olacaqlar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə