Köhnə fotolarda insanların əlləri...

Bilirsinizmi, bunu niyə edirlərmiş?
Köhnə fotolarda insanların əllərini həmişə harasa qoyduğunu, ya da əllərində nəsə tutduğunu görmüsünüz. Bəs, bilirsinizmi, bunu niyə edirlərmiş?
O dövrlərdə fotoqrafçılıq indiki vaxta baxanda çox çətin idi. İnsanlar kamera qarşısına keçdikləri zaman həyəcanlanır və əllərini hara qoyacaqlarını bilmirdilər.
O tərəfə, bu tərəfə hərəkət edən insanlar şəkillərdə olduqca keyfiyyətsiz görünürdü. Fotoqraflar bu problemin həllini onların əllərini bir yerdə saxlamaqla tapdılar. Kimisi əl -ələ tutuşdu, kimisi əllərini yanındakı adamın çiyninə qoydu, bəzən qucaqlaşdılar, bəzən də əllərində bir əşya tutaraq şəkil çəkdirdilər.