Komitə sədri: “Müdafiə xərclərinin dinamikasında stabillik saxlanılıb”





Bu gün parlamentin yaz sessiyasının sonuncu iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilib.

Sherg.az xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Ziyad Səmədzadə deyib ki, ölkədə büdcə gəlirləri azaldığı şəraitdə müdafiə xərcləri artır:

"Müdafiə xərclərinin dinamikasında stabillik saxlanılıb. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Bununla yanaşı demək istəyirəm ki, pul vəsaitlərinin vaxtında qaytarılmasına nail olunur ki, bu da yaxşı haldır. Qeyd etmək istəyirəm ki, Azərbaycanın xarici dövlətlər qarşısında heç bir problemi yoxdur. Təbii ki, belə bir hal qarşılıqlı münasibətlərin qorunmasında vacib amildir”.

Anar