Körpəni qurtarmaq üçün 5-çi mərtəbədən... - FOTOLAR

İstanbulda 5 mərtəbəli binada baş verən yanğında az qala böyük faciə yaşanacaqdı. Binanın 5-ci mərtəbəsində 2-si uşaq olmaqla 3 nəfər çıxılmaz vəziyyətdə qalıb. Tüstünün bürüdüyü evə qaçan bir vətəndaş körpəni qurtarmaq üçün onu 5-ci mərtəbədən aşağıya sallayıb saxladı.
Mənzilin 5-ci mərtəbəsində məskunlaşan Seyhan Akbaş və uşaqları Yusuf Əmrlə İgid Efe olduqları yerdən çölə çıxa bilmədi. Pəncərədən imdad diləyən qadının köməyinə ətrafda olan İkram Eryılmaz və Barış Tutçu adlı vətəndaşlar qaçdı. Sıx tüstünün arasından 5-ci mərtəbəyə çatmağı bacaran Eryılmaz və Barış uşaqlardan birini piləkənlərdən endirməyi bacardı. Evdə qapalı qalan digər uşağı isə qurtarmaq üçün 5-ci mərtəbədən sallayıb havada saxladı.
Hadisə yerinə sövq edilən xilasetmə qrupları kiçik uşağı və anasını qurtardı.
Tüstüdən təsirlənən uşaqlar və ana ilə mənzildəki 5 nəfər hadisə yerində təcili yardımda ilk müdaxilələri edildikdən sonra xəstəxanaya çatdırıldı.
Turan